May ayında 5 gün iş olmayacaq

10:00 - 1.04.2022


1 aprel, Fineko/abc.az. May ayında Azərbaycandakı qeyri-iç günləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, ölkədə bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq.

Belə ki, 2 və 3 may tarixlərində Ramazan bayramı, 9 May Qələbə Günü, 28 May Müstəqillik Günüdür.

Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may da qeyri-iş günü hesab olunacaq. Qeyd edək ki, mayda həftəsonları ilə birgə 13 gün iş olmayacaq.

Bütün xəbərlər