Azərbaycan kimya sənayesi məhsullarının ixracını 9 dəfə artırıb

11:42 - 1.04.2022


1 aprel, Fineko/abc.az. 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu rəqəmlər “İxrac icmalı”nın mart sayında öz əksini tapıb. Hesabata əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb. 2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə,  alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5% artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər