Bu holdinq lizinq mütəxəssis axtarır - 900 manat maaş veriləcək

17:29 - 19.04.2022


19 aprel, Fineko/abc.az. RAM Holding lizinq mütəxəssisi axtarması ilə bağlı elan verib.

ABC.AZ-ın məlumatına görə, vakansiya müddəti 2022-04-19 - 2022-05-19 tarixidir. İş Bakı şhərindədir.

İşə götürüləcək şəxs müştərilərə lizinq məhsulları barədə məlumat verməli yeni müştərilər cəlb etməli, müqavilələrin hazırlanması və bağlanması, müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması, yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, tələb olunan müştəri məlumatlarının əldə olunması və analiz edilməsini həyata keçirməlidir.

Axtarılan namizədin ali təhsili olmalı, Azərbaycan dili sərbəst, ingilis dilini bilməlidir. Bank, kredit, lizinq sahəsində təcrübəsi olmalıdır. Yalnız kişi namizədlər nəzərdən keçirilir, ofis proqramları ilə  sərbəst işləmək bacarığı və avtomobilinin olması arzuolunandır.

İş qrafiki:

- Bazar ertəsi - Cümə: 8:30 - 17:30

- Əmək haqqı :  700 - 900 AZN

Maraqlanan namizədlər mövzu yerində “Lizinq mütəxəssisi” yazmaqla öz CV-lərini [email protected]  ünvanına göndərə bilərlər.

Bütün xəbərlər