Neft bahalaşır, Brent barrel başına $107,74 təşkil edir

09:20 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artır.

Saat 09:10-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,94 (0.88%) - barrel başına $107,74-ə yüksəldi. Aprelin 20-də keçirilən ticarətin nəticələrinə görə,  Brent neftinin iyun  fyuçersləri $0,45 (0,42%) - barrel başına $106,80-ə düşüb.

Saat 09:10-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin   iyun fyuçersləri $0,83 (0,81%) - barrel başına $103,02-ə qədər artıb. Aprelin 20-də keçirilən ticarətin nəticələrinə görə iyun ayı üçün WTI-nin fyuçerslərinin qiyməti $0,14 (0,14%) artaraq barel başına $102,19-a qədər yüksəlib.

 

Bütün xəbərlər