Laçın və Zəngilan hava limanları belə olacaq - Foto

11:07 - 28.04.2022


28 aprel, Fineko/abc.az. İşğaldan azad olunmuş Laçın və Zəngilan şəhərlərində tikilən hava limanlarının maketlərinin fotoları yayımlanıb.

ABC.AZ xəbər verir ki, hava limanları ilə bağlı paylaşımı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev tviterdə edib. “Azad Qarabağda daha iki hava limanı inşa edilir”, - deyə Şəfiyev qeyd edib.

Qeyd edək ki, Zəngilanda yerləşən hava limanının 2022-ci ildə, Laçında yerləşən hava limanının isə 2024-cü ildə istismara verilməsi nəzərdə tutulur. 

Müəllif: Elmir Murad


Bütün xəbərlər