Bizim əsas konsentrasiyamız keçmiş məcburi köçkünlərin tez bir zamanda qayıtmasına yönəlib - Prezident

29.04.2022,11:50


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, konfransa dövlət başçısı bəzi məqamlara toxunub.

Prezident bunları deyib: "Bizim əsas konsentrasiyamız Qarabağın yenidən necə inşa edilməsi, keçmiş məcburi köçkünlərin mümkün qədər necə tez bir zamanda qayıtmasına yönəlib. Eyni zamanda, bizim ictimaiyyətə bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda regional inkişaf üçün yeni fürsətlərə hədəflənib".