16:57 - 11.05.2022
11 may, Fineko/abc.az. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri aparıblar.
İnstitutdan ABC.AZ-a daxil olan məlumata görə, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər.
Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose yolunun 21-ci km-dən 7,5 km cənubda, avtomobillərin hərəkəti üçün çox əlverişsiz və çətin keçilən yolun üzərində yerləşir:
"Sürüşmə Lərmərud kəndinin mərkəzindən keçən küçənin şimal-şərqində yerləşən 30-40 dərəcəlik meylliyə malik yamacda baş verib. Sürüşmə baş verən ərazi qədim sürüşmə zonası olduğundan yerli əhali bura “sürüşən yer” adını verib. Tədqiqatçılar buradakı meşəsizləşmiş dağ yamaclarında 7 köhnə sürüşmə sahəsini qeyd ediblər. Belə sahələrin landşaft-ekoloji vəziyyəti ətraf ərazilərdən dalğavarı və təpəli relyefi ilə fərqlənir. Bu ərazidə sürüşmə landşaftları hələ də aktivliyini qoruyub saxlayır".
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024