Ən aşağı pensiya məbləği verilən rayonlar – Siyahı

20.05.2022,12:28


20 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkə üzrə ən yüksək pensiyaların Bakıda olduğu məlum olub.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı ən az pensiya məbləği verilən rayonların da adları açıqlabıb.

Belə ki, pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb.

Bu rayonda orta aylıq pensiya məbləği 283 manat 71 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Xaçmaz (287.98 manat) və Ağdaşdır (285.25 manat).

Müəllif: Elmir Murad