Bu səbəblərdən Kür çayının axını 2 dəfə azalıb

20.05.2022,17:26


20 may, Fineko/abc.az. Bildiyiniz kimi Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə ictimai dinləmələr keçirilib.

ABC.AZ-ın məlumatına görə, Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov iqlim dəyişikliklərinin Kür çayının həcminin azalmasına səbəb olduğunu deyib.

O qeyd edib ki, Kür çayının həcmi həm də yuxarıda olan mənbələrdən suyun götürülməsindən də asılıdır.

"Gürcüstan və Türkiyədə Kür çayı tökülən hissədə su anbarları tikilir. Bu da suyun Kür çayında azalmasına səbəb olur. Əslində Kürün axını 130 kub saniyədə olmalıdır. Amma indi bu iki dəfə azalıb. Bu da balıqların çoxalmasına mənfi təsir göstərir”.