Bundan sonra baytarlıq pasportu tələb edilməyəcək

12:04 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Bundan sonra Azərbaycanda baytarlıq pasportunun alınması tələb olunmayacaq.

ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək. Əvvəlki qaydalara əsasən hər heyvan və yaxud heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi.

Baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən və “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.5-ci bəndinə əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

Bütün xəbərlər