Uşaqpulu hansı ailələrə verilə bilər?

16:30 - 23.06.2022


23 iyun, Fineko/abc.az. "Azərbaycanda uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb”.

ABC.AZ xəbər verir ki, bunu "bakupost.az"-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir: "Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-ə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir”.

Bütün xəbərlər