“Unibank” -ın səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:27 - 2.08.2022


2 avqust, Fineko/abc.az. 21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 4 avqust 2022-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin  yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək.

Söhbət hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərdən gedir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

 

Other news