Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb

15:34 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı dünya ərzaq qiymətləri indeksi 5 aydır geriləyir.

ABC.AZ xəbər verir ki, FAO-nun Ümumdünya Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb.

Mart ayında Rusiyanın Ukraynaya qarşı hücumunun başlamasından sonra indeks 159,7 bəndlə rekord həddə çatmışdı. Ümumdünya Ərzaq Qiymətləri İndeksi son 5 ayda azalsa da, avqust ayında hələ də ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz yüksək olub.

Avqust ayında FAO-nun taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,4% azalarkən, qarğıdalı qiymətləri indeksi isə 1,5 faiz artıb.

Other news