Avropa anbarları qazla dolduqca qiymətlər ucuzlaşır

11:21 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Avropada bazar ertəsi ticarət zamanı qazın qiyməti 1000 kubmetr üçün 2100 dollardan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, günün əvvəlindən qazın qiymətində ümumi azalma təxminən 3,5% təşkil edib.

Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2086 dollara geriləyib.

Qazın qiymətinin azalması Avropa anbarlarında qaz ehtiyatlarının maksimuma yaxınlaşması ilə (83,5%-dən çox doldurulub) əlaqədardır. Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər Avropa anbarlarında obyektləri ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürmüşdülər.

Other news