Maliyyə Nazirliyi 30 milyon manat məbləğində DOİ yerləşdirəcək

17:41 - 19.10.2018


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki,  hərrac oktyabrın 23-də DOİ satışı üzrə, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində hərrac keçiriləcək.

“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Other news