Şahdağ Turizm Mərkəzi tender elan edir

27.06.2019,16:02


27 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC təsərrüfat mallarının satın alınması məqsədilə tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.07.2019 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 26.07.2019 16:00 tarixinə qədər https://www.etender.gov.az/ portalı vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.