Bankların Mərkəzi Banka borcu artıb - Ötən il

11:03 - 11.02.2020


11 fevral, Fineko/abc.az. 2019-cu ildə Mərkəzi Bankın banklara ayırdığı vəsait 58.6 milyon manat azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 326.1 milyon manat təşkil edib.

Bu rəqəm 2018-ci ilin sonunda 384.7 milyon manat idi. Bank sektorunun Mərkəzi Bankdan cəlb etdiyi vəsait cəmi kreditlərin (14 milyard 901 milyon manat) təxminən 2%-nə bərabərdir. Burada diqqəti cəlb edən 2019-cu ilin 4-cü rübündə bankların Mərkəzi Bankdan borclanmanı artırmalarıdır. 31 Oktyabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 159.6  milyon manata düşmüşdü. Qeyd edək ki, ötən ilin son 2 ayında tələblər 166.5 milyon manat artaraq ilin sonunda 326.1 milyon manata çatıb.

Müəllif: Elmir Murad

 

Other news