Bakıda təmir olunacaq küçələrin adları açıqlanıb - Siyahı

14:26 - 6.05.2020


6 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Suraxanı rayonunda 31,6 kilometr yol təmir olunub, daha 17,9 kilometr yolun təmiri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonunun Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 17,9 kilometr uzunluğa malik küçə və yollarda təmir işlərinin aparılmasına başlanılıb.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Əmircan qəsəbəsində 6 kilometr uzunluğa malik Üzeyir Hacıbəyov, Qulu Quliyev, Elxan Həsənov, Park, Tahir Bağırov, Vladimir Balandin, Mirzə Fətəli Axundov və Malik Mustafayev küçələrində, Hövsan qəsəbəsində isə ümumi uzunluğu 4,9 kilometr olan Oqtay Şabanov, İlqar Əhlimanov, İbiş Məmmədov, Rasim Şahsuvarov, Sahil, Bağça küçələri və Məktəbli küçəsindən qəbirstanlığa gedən yolda, həmçinin 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

 

Other news