Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək - Açıqlama

17:26 - 8.05.2020


8 may, Fineko/abc.az. Təzə tikilən stansiyalarda karantin dövründə tikinti davam edib.

ABC.AZ-ın məlumatına görə, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov Operativ Qərərgahda keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ilin sonuna kimi “B3” stansiyasının istifadəyə verilməsi planlaşdırılır: “Avadanlıqların xaricdən gətirilməsinə görə problemlər ola bilər. Amma əsas işlərin hamısı görülüb”.

Müəllif: Elmir Murad

Other news