Minik avtomobili istehsalı da azalıb - 248 ədəd

14:35 - 22.06.2020


 22  iyun, Fineko/abc.az.   Bu ilin yanvar-may aylarında Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, sözügedən dövrdə 672 ədəd minik avtomobili istehsal olunub.

 Müqayisə üçün qeyd edək ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 248 ədəd az deməkdir. 5 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.

Other news