ATİB sədri sahibkarlara çağırış etdi – Azad olunmuş ərazilərə investisiya qoyun

11:31 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın deyib.

O bildirib ki, bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq.

"Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm. Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün, Azərbaycan iqtisadiyyatı güclüdür. Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərin olmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir” deyə ATİB sədri bildirib.

Müəllif: Elmir Murad

 

Other news