Məşhur bank ABŞ-dakı bütün bankçılıq fəaliyyətlərini dayandıra bilər - Yeni plan

14:47 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Dünyanın ən nüfuzlu Banklarından olan HSBC ABŞ-dakı bütün bankçılıq fəaliyyətlərini dayandırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, məşhur Bank rəhbərliyi sözügedən məsələnin müzakirəsi üçün bankın idarə heyətinə gələcək həftələrdə yeni plan təqdim edəcək.

Bankın belə addım atmasına səbəb əsasən Asiya və Orta Şərqdə beynəlxalq müştərilərə fokuslanmaq istəyidir.

Bununla yanaşı bank rəhbərliyi, sərmayə bankçılığı fəaliyyətlərini də azaltmaq üçün təkliflər verəcəklər.

Müəllif: Elmir Murad

 

Other news