Azərbaycanın Sahibkarlığa Kömək Milli Fondu kreditlər üzrə faiz dərəcələrini endirəcək

13:14 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kreditlər üzrə  faiz dərəcələrini yenidən nəzərdən keçirəcək.

Fondun  icraçı direktoru Şirzad Abdullayev bildirib ki, pambıq və tütün istehsalçıları üçün güzəştli kreditlər üzrə faiz dərəcələrinin azaldılması planlaşdırılır.

“Həmçinin, süd emalında iştirak edən sahibkarlar üçün kreditlər üzrə faiz dərəcələrini azaltmaq planlaşdırılır”, - Ş. Abdullayev belə deyib.

 

Other news