“NBC Bank” ASC-nin əmlakı hərraca çıxarılacaq

14:28 - 28.03.2022


28 mart, Fineko/abc.az. Aprelin 6-da, saat 11:00-da “Bakı Hərrac Mərkəzi” MMC-də (Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 2C, məhəllə 593, 3-cü mərtəbə) ləğv prosesində olan “NBC Bank” ASC-nin daşınmaz əmlakı açıq hərraca çıxarılacaq.

ABC.AZ bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, əmlak Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 81/13, mənzil 43-50 ünvanında yerləşən yaşayış sahəsidir (ümumi sahəsi 279,1 kv.m).

Mənzilə 268 000 manat ilkin satış qiyməti qoyulub. Hərrac iştirakçıları bu məbləğin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Other news