Dünyanın ən populyar smartfonları - Siyahı

10:56 - 23.05.2022


23 may, Fineko/abc.az. “Apple”a məxsus 3 cihaz dünyada ən çox satılan ilk 5 smartfon arasında yer alıb.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə analitiklər bildirib.

Analitiklər hesab edir ki, bazarda ən populyar cihazın hazırda "iPhone 13"dür. İkinci yeri iPhone 13 Pro Max, üçüncü yeri isə Samsung Galaxy A12 tutur. İlk beşliyə iPhone 13 Pro və Samsung Galaxy A32 də daxil olub. Analitiklər onu da qeyd edib ki, “Apple” şirkətinin “iPhone 13” seriyasından əldə etdiyi gəlir 42 milyard dollar təşkil edib. Bu da şirkətin ümumi smartfon satışından gəlirinin 84 faizindən çoxunu təşkil edir.

“Samsung” isə aşağı qiymətli cihazlar seqmentində liderdir. Galaxy A12 və A32 kimi cihazlar şirkət üçün təxminən 3,6 milyard dollar gəlir gətirib.

Other news