Pensiyalar bu tarixdən arırılacaq - Detallar

16:12 - 28.07.2022


28 iyul, Fineko/abc.az. "2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında göstərilən məsələ ilə bağlı müddəaları şərh edərkən deyib.

O qeyd edib ki, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır: “Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır".

Bütün xəbərlər