Deputatların maaşı artırıldı - Qanun təsdiqləndi

29.07.2022,16:56


29 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununda dəyişikliyi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, sənədə aşağıdakı dəyişikliklər edilib:

1.1. 21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilsin;

1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.