Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlanıb

11:11 - 9.08.2022


9 avqust, Fineko/abc.az. İndiyədək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 840 borcalana 2 milyard 234,424 milyon manat kredit verib.

ABC.AZ İKZF-nin məlumatına istinadla xəbər verir ki, bugünədək 312,411 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 914 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.