Çində inflyasiya son 2 ilin ən yüksək səviyyəsinə çatıb

11:35 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Çinin istehlak inflyasiyası iyul ayında artan donuz əti qiymətləri səbəbindən iki ilin ən yüksək səviyyəsinə çatdı, zəif istehlak tələbi isə ümumi qiymət təzyiqlərini nəzarətdə saxladı.

ABC.AZ xəbər verir ki, Çinin Milli Statistika Bürosunun məlumatına görə, istehlak qiymətləri indeksi keçən ay 2,7 faiz, donuz əti qiymətləri isə 20,2 faiz artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu ölkədə illik inflyasiyanın 2,7 faiz olacağı idi.

İstehsalçı qiymətlərinin inflyasiyası isə əmtəə qiymətlərinin zəifləməsi nəticəsində iyunda 6,1 faizdən iyulda 4,2 faizə enib.

Bütün xəbərlər