Son 10 ayda bu məmulatların istehsalı artıb - Statistika

14:21 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Azərbaycanda 2022-ci ilin yanvar-oktyabr aylarında avtomobil, qoşqu və yarımqoşquların istehsalı 81,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bununla yanaşı, emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 45,0 faiz, elektrik avadanlıqlarının istehsalı 41,4 faiz, geyim istehsalı 37,6 faiz, mebel istehsalı 32,9 faiz, poliqrafiya məhsullarının istehsalı 24,0 faiz, kağız və karton istehsalı 17,2 faiz, əczaçılıq məhsullarının istehsalı 16,9 faiz, tikinti materiallarının istehsalı 14,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,8 faiz artıb.

 

Bütün xəbərlər