Vətəndaşlar avtovağzala gəlmədən avtobuslara bilet əldə edə biləcəklər

11:01 - 9.12.2022


9 dekabr, Fineko/abc.az.  Sərnişinlər şəhərlərarası və rayonlararası avtobuslara biletləri mobil tətbiq vasitəsilə ala biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, artıq vətəndaşlar avtovağzala gəlmədən "biletim.az" portalı və ya mobil tətbiq vasitəsilə avtobuslara bilet əldə edə biləcəklər. Bundan əlavə, avtovağzalların kassalarından da bilet almaq mümkün olacaq.

Bütün xəbərlər