330x110
 

İlin əvvəlindən Azərbaycan əhalisi 25 min nəfər artıb

14.06.2018,12:23


14 iyun, Fineko/abc.az. Azərbaycan əhalisinin 2018-ci il mayın 1-nə olan vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il mayın 1-nə ölkənin əhalisi 9 923 103 nəfər təşkil edir.

İlin əvvəlindən etibarən əhalinin sayı 25018 nəfər artıb.

Qadınlar ümumi əhalinin 50,1%-ni, kişilər isə 49,9%-ni təşkil edir.

Şəhər əhalisi ümumi sayın 52,9%-ni, kənd sakinləri isə 47,1%-ni təşkil edir.

Ərazinin hər 1 kvadrat metrinə 115 nəfər düşür.

 

 

Açar sözlər: əhali