10:58 - 26.05.2023
26 may, Fineko/abc.az. Almaniyanın “Lufthansa” aviaşirkətinin rəhbərliyi gələcək hədəflərini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən kompaniya İtaliyanın İTA aviaşirkətinin minoritar səhmlərini almaqda maraqlıdır.
Məlumata görə, “Lufthansa”nın 325 milyon avro kapital artımı yolu ilə İtaliya hava yolu şirkətinin 41% hissəsinin alınması üçün İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə razılıq əldə edilib.
Razılığa əsasən, İtaliya hökumətinin də əlavə 250 milyon avro ilə İTA-nın kapitalının artırılmasına töhfə verəcəyi və sözügedən satınalma müqaviləsi tamamlandıqdan sonra İTA-nın italyanlarla birgə idarə ediləcəyi, o cümlədən baş menecer vəzifəsinə bir italyanın təyin ediləcəyi bildirilib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024