Azərbaycanda səhiyyə xərcləri 5% azaldılır

11:46 - 31.05.2023


31 may, Fineko/abc.az. Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102,432 milyon manat və yaxud 5,4% azaldılaraq 1 milyard 906,389 milyon manatdan 1 milyard 803,957 milyon manata endirilir.

ABC.AZ xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, poliklinika və ambulatoriyalar üzrə xərclərin dəyişdirilməyərək 1,802 milyon manat, xəstəxanalar üzrə xərclərin dəyişdirilməyərək 171,384 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərin dəyişdirilməyərək 2,517 milyon manat, icbari tibbi sığorta fonduna ayırmaların dəyişdirilməyərək 1 milyard 263,820 milyon manat saxlamılması, səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərclərin isə 102,432 milyon manat və yaxud 5,9% azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 628,252 milyon manata endirilməsi nəzərdə tutulub.