Son 4 ayda ölkəmiz qeyri-neft sektoruna aid malları ən çox hara ixrac edib?

17:00 - 31.05.2023


31 may, Fineko/abc.az. 2023-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları,  İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə  “İxrac icmalı”nın may sayında məlumat dərc edilib. Qeyd edilib ki, 2023-cü ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 9,7 milyon ABŞ dolları olub.

2023-cü ilin yanvar-aprel aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 677,9 milyon manat, yalnız aprel ayında isə 126 milyon manat dəyərində əməliyyat aparılıb.