330x110
 

Bakı toz-dumanın əhatəsində qaldı, tozun səviyyəsi normadan 3 dəfə yüksəkdir

30.08.2018,11:17


30 avqust, Fineko/abc.az. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasında tozun səviyyəsinin həddindən artıq olmasını bildirir.

Nazirlikdən xəbər verildi ki, toz-dumanı Bakı və Abşeron ərazisini əhatə edir.

“Tozun səviyyəsi normadan 3 dəfə yüksəkdir”, - nazirliyin məlumatında belə deyilir.

Toz-dumanı Azərbaycanın ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan daxil olub.

 

Açar sözlər: toz-dumanı