Atmosferdəki toz tərkibinin göstəricisi normadan hələ də 2 dəfə çoxdur

12:01 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunub.

ETSN-dən verilən məlumata əsasən, bu göstərici sanitar normadan hələ də 2 dəfə yüksəkdir.

Qeyd edək ki, avqustun 30-da saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

 

Bütün xəbərlər