Azərbaycanın Rusiyaya ixracı artıb

10:16 - 16.04.2020


16 aprel, Fineko/abc.az. 2020-ci ilin ilk rübündə Azərbaycana Rusiyadan 433 milyon 713 min dollarlıq mallar idxal olunub.

ABC.AZ xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb. Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 10 min dollar azdır. Belə ki, 2019-cu ilin 1-ci rübündə Rusiyadan 437 milyon 723 min dollarlıq idxal həyata keçirilmişdi.

Azərbaycandan isə Rusiyaya ixrac 15 milyon 239 min dollar artıb. Ötən ilin ilk rübündə Rusiyaya ixracın məbləği 124 milyon 980 min dollar ikən, 2020-ci ilin ilk rübündə 140 milyon 219 min dollar təşkil edib.

Azərbaycandan Rusiyaya ixracın artmasına baxmayaraq hələ də iki dövlət arasında ticarət dövriyyəsinin saldosu 293 milyon 494 min dollarlıq saldo ilə Rusiyanın xeyrinədir.

 

Bütün xəbərlər