330x110
 

Azərbaycanda 200 min maska istehsal edilir – 1 gündə

10.06.2020,10:14


10 iyun, Fineko/abc.az. Azərbaycanda maska satışı artıb.

ABC.AZ-ın məlumatına görə, zbunu 9 iyunda Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, iyunun 4-də ölkədə 424 min maska satılıb. "İyunun 5-də isə 810 min maska satılıb. Hazırda 11,6 milyondan artıq ehtiyat maska var. Ölkədə sutkada 200 min maska istehsal edilir, maska qıtlığı yoxdur" deyə İ.Məmmədov vurğulayıb.

Müəllif: Elmir Murad