Çimərliklər mövsümə hazırdır – İcra Hakimiyyətindən açıqlama

16:54 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Bakıdakı çimərliklər mövsümə hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə ABC.AZ- Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilirb.

 

Bütün xəbərlər