COVİD 19 tutub və bu xəstəlikdən utanan həkimlərimiz də olub - Yaqut Qarayeva

12:29 - 20.06.2020


 

20  iyun, Fineko/abc.az.  Koronavirus utanılası bir şey deyil, hamı yoluxa bilər.

ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva brifinqdə deyib.

 O qeyd edib ki, bu gün evdə 39-40 dərəcə temperaturu olan şəxslər koronavirus ayıb bir şeymiş kimi bunu gizlədirlər: “Bu xəstəlikdən utanan həkimlərimiz də olub. Gizlətmək onun daha da ağırlaşmasına səbəb olur, buna görə də dərhal tibbi xidmətə müraciət etmək lazımdır. Rayonların birində xəstənin analizinin pozitiv olduğunu biləndən sonra qonşuları və qohumları ona dəyməyə gəliblər. Koronavirus xəstələri sağalandan sonra da 21 günlük müddət gözlənilməlidir".

Müəllif: Elmir Murad

Bütün xəbərlər