Bu rayonda 4 iaşə obyekti bağlandı – Karantin qaydasını pozurmuşlar

16:01 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Kürdəmirdə karantin rejimi qaydalarına əhali və sahibkarlar tərəfindən əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədilə reyd keçirilib.

Rayon icra hakimiyyətindən ABC.AZ-a bildirilib ki, reyd zamanı karantin rejimi şəraitində işlərində ciddi nöqsanlar aşkar edilən 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

3 iaşə obyektinin sahibi isə xəbərdarlıq edilməklə cərimə olunub. Daha 2 obyektin sahibinə xəbərdarlıq edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər