Türkiyədən Naxçıvana dəmir yolu çəkiləcək - Nazir

14:12 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkəsindən Naxçıvana dəmir yolu xətti çəkiləcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, nazir Azərbaycandakı yeni proseslərdən sonra Naxçıvan tərəfə dəmiryolunun çəkilişinin planlaşdırıldığını vurğulayıb.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı iş planı tamamlanmaq üzrədir.

 

Bütün xəbərlər