Muzdla işləyənlərin sayı 44,3 min nəfər artıb – 10 ayın hesabatı

15:33 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabrında orta aylıq nominal əməkhaqqı azalıb.

Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artaraq 706,6 manat olmuşdu.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı 2020-ci il 10 ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 min nəfər və ya 2,7 faiz artıb. Sözügedən dövrdə işləyənlərin sayı 1 milyon 685,3 min nəfər olub.

Onlardan 914,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər