Gürcüstanda yoluxma azaldı - 43 nəfər isə öldü

11:46 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 1 972 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 737 nəfər sağalıb.

Bu gün virusdan 43 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2276 nəfər həyatını itirib. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 216.843 nəfərə çatıb.

Onlardan 194.705 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər