Gürcüstanda bu gündən bərpa olunan sahələr - SİYAHI

14:44 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Bu gündən etibarən Gürcüstanda məhdudiyyətlərin yüngülləşdirilməsinin növbəti mərhələsi başlayır.

ABC.AZ xəbər verir ki, bu barədə Kordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, bu gündən etibarən şəhər daxili bələdiyyə nəqliyyatı istifadəyə veriləcək, metro, avtobus və mikroavtobuslar da öz fəaliyyətlərini bərpa edəcək, bütün ölkə üzrə açıq və qapalı bazarların fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, qida müəssisələri və restoranlar fevralın 15-də fəaliyyətə başlayacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər