Azərsu həssas qruplardan olan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə tədbirləri davam etdirir

13:15 - 19.03.2021


19 mart, Fineko/abc.az. “Azərsu” ASC həssas qruplardan olan işçilərin sosial rifahının yaxşılaşdırılması və onların qayğı ilə əhatələnməsi məqsədilə tədbirləri davam etdirir.

ABC.AZ xəbər verir ki, Novruz bayramı ərəfəsində Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Vətən Müharibəsində şəhid olmuş işçilərin ailə üzvlərini,  döyüşlərdə xüsusi fədakarlıq göstərərək yaralanmış işçiləri, ailə üzvü şəhid olmuş və yaralanmış işçiləri, həmçinin koronavirus xəstəliyindən vəfat etmiş işçilərin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Vətən Müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 20 əməkdaşı isə yaralanıb. Eyni zamanda  Səhmdar Cəmiyyətdə çalışan 24 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb. Şəhid ailələrinin üzvləri və yaralılarla görüş zamanı xalqımızın vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyduğu xüsusi qeyd olunub. Prezident İlham Əliyevin şəhid ailələrinə və yaralılara göstərdiyi  diqqət və qayğı hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb.

 “Azərsu” ASC-nin əməkdaşları koronavirus (COVİD-19) xəstəliyindən vəfat etmiş 26 işçinin ailə üzvlərini də ziyarət edib.

 Humanitar aksiya çərçivəsində ailələrə bayram sovqatları verilib.


Bütün xəbərlər