Gürcüstanda yoluxma statistikası açıqlandı - 5 ölən var

12:20 - 31.03.2021


31 mart, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 616 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 268 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 281,761 nəfərə çatıb. Onlardan 273,167 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 5 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,778 nəfər həyatını itirib.

 

Bütün xəbərlər