SHE beynəlxalq qadınlar konqressi dünyanın uğurlu qadınlarını Bakıda yenidən bir araya gətirdi

17:58 - 7.03.2018


Bakıda ardıcıl olaraq artıq ikinci dəfə təşkil olunan SHE (“Smart. Happy. Elegant.”) beynəlxalq qadınlar konqressi keçirilib. Tədbir çərçivəsində müxtəlif ölkələri, peşələri və fəaliyyət sahələrini təmsil edən işgüzar qadınlar gender stereotiplərilə dolu dünyada uğurlu karyeranın qurulması və bununla bərabər xoşbəxt insan olmaq təcrübəsi ilə bölüşüblər.

“SHE Congress” tədbirində 8 saat ərzində 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərə 27 işgüzar qadın çıxış edərək şəxsi təcrübələri ilə bölüşəcəklər. Bundan başqa, işgüzar qadınlar və cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzu müzakirə olunacaq: iqtisadiyyat və bir biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər və maneələrə qarşıdurmayadək.

Spikerlərin çıxışı qadın iqtisadiyyatının, təhsilinin və liderliyin ən mühüm aspektlərini açıb və daha çox fərdi mövzulara toxunub: daxili etimad və özünə bir şəxsiyyət kimi hörmətdən tutumuş şəxsi maliyyə və həyat maraqlarının qorunmasınadək.

Ukraynadan olan SHE formatının müəllifi və konqressin ideya ilhamçısı İrina Rubis qlobal məqsədlərə çatması və onların reallaşdırılmasının yollarının axtarışına dair baxışları ilə bölüşüb. Türkiyənin Sabancı Universitetinin professoru və “Surgitate” şirkətinin təsisçisi Dr. Özge Akbulut bu gün qadınların elm aləmini necə dəyişdirdiyini və elmin qadınların nə cür dəyişə biləcəyi barədə danışıb. 

Sağlamlığa dair əsas effektivlik göstəricilərini (KPI) qarşıya məqsəd kimi qoyması və onlara çatması barədə ABŞ-dan olan həyat haqqında elm üzrə qlobal ekspert, “EXXclaim Capital”ın təsisçisi və icraçı direktoru Anula Cayasuriya məlumat verib. Öz növbəsində “Mastercard Advisors”un bir sıra iri bazar üzrə rəhbəri Selin Bahadirli bütün dünyada vacib məsələlərdən sayılan – maliyyə savadlılığı və rifahın idarə edilməsi mövzularına toxunub. “Coca-Cola” şirkətinin nümayəndəsi Aydan Ölçer isə hər bir qadının dünyanı yaxşı tərəfə dəyişə biləcəyi barədə danışıb. “Pasha Bank”ın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva, Azərbayacan Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva və Baynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova isə çıxışlarında stereotiplər, “şüşəli tavanlar” və qadınlara zorla qəbul etdirilən əxlaq modellərinə fokuslanıblar.

Konqressin xüsussi müzakirəsi “Siz qəhrəmansız?” mövzusu ətrafında olub ki, panelin moderatoru qismində şoumen Murad Dadaşov çıxış edib. Dörd unikal qadın – əlillər arasında taekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova, Respublika Qadınlar Cəmiyyətinin həmtəsisçisi Zinyət Vəliyeva, əlillər arasında rəqs üzrə keçirilən dünya birinciliklərinin qalibi Vüsalə Kərimova və “Rainergy” innovasiya layihəsinin müəllifi, gənc alim Reyhan Camalova öz uğur hekayələri ilə bölüşüblər.

Konqress ənənəvi olaraq uğurlu kişiləri də müzakirələrə dəvət edir ki, onlar məmuniyyətlə bilik və tövsiyələri ilə bölüşür. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadınların iqtisadiyyata daha miqyaslı qoşulmasının perspektivləri və üstünlüklərinə dair faktlar və rəqəmlər səsləndirib, İsrailin biznes üzrə mütəxəssisi Tal Katran qadın startaplarının təşkili ilə bağlı praktiki məsləhətlər verib.

“Artıq ikinci il ardıcıl olaraq Bakıda SHE konqressi təşkil olunur və bu, ona işarədir ki, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi ideyası cəmiyyətimizə uyğundur. Düz 100 il bundan öncə Azərbaycan Şərqdə demokratiya qazanmış ilk ölkə olub və qadınlara sesvermə hüququ verib. Bu gün biz səsimizi yenidən gender bərabərliyinə və inkişaf üçün bərabər şəraitə veririk. Bakıda ikinci dəfə planetimizin müxtəlif tərəflərindən təşrif buyuran maraqlı spikerlərlə unikal görüşün keçirilməsi bizi fərəhləndirir. Bu cür imkan yaratdıqları üçün artıq həmfikir və dostlarımıza çevrilən tərəfdaşlarımıza təşəkkürümü bildirirəm“, - deyə “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az“ın həmtəsisçisi və “Azərbaycanın 100 işgüzar qadını” layihəsinin rəhbəri Tatyana Mikayılova qeyd edib.

Tədbirə 400-dən çox iştirakçı qatılıb.

Builki SHE konqressinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Pasha Bank”, “Mastercard Azerbaijan”, IFC, “Coca-Cola”, “Oriflame”, İSTƏK liseyi şəbəkəsi və “Smile Dental Clinic” dəstək verib.