330x110
 

Bakıda velosiped yolları üçün yeni layihə hazırlanır

28.04.2021,14:18


28 aprel, Fineko/abc.az. Velosiped yolları BNA-nın gündəmindədir. Bununla bağlı layihə-smeta işləri həyata keçirilir.

Hazırda 7,5 km bulvar ətrafında velosiped yolunun çəkilməsi nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, velosiped yolu 2027-ci ilə qədər 63 km, 2040-cı ilə qədər isə 256 km-ə qədər uzanacaq: "Bakı şəhərində bununla bağlı 5 pilot layihə icra olunacaq.

Bunun üçün isə həm təhlükəsizlik, həm də sürət baxımından qanunvericilikdə dəyişikliklər olacaq”.